Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması haqqında müqavilənin imzalanmasına razılıq verib. Bu barədə Report RİA Novosti-yə istinadən xəbər verib.
"Dövlət başçıları səviyyəsində Ali Avrasiya İqtisadi Şurasında hazırkı sərəncamla nəzərdə tutulan müqavilənin imzalanması məqsədəuyğun hesab olunub" - deyə, hüquq informasiya rəsmi portalında dərc olunmuş məlumatda deyilir.
Xatırladaq ki, Rusiya, Qazaxıstan və Belarus may ayının 29-da Astana şəhərində Avrasiya İqtisadi İttifaqı ilə bağlı müqavilə imzalayıblar. Həmin müqavilə 2015-ci il yanvar ayının 1-dən qüvvəyə minir. Ermənistanın baş naziri Ovik Abramyan iyul ayının 10-da bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması haqqında müqavilə oktyabr ayının sonunadək imzalanacaq.