Politoloq: "ABŞ Ermənistan, Qırğız Respublikası və Özbəkistanda "rəngli inqilablar" planlaşdırır"

Bakı. 21 mart. REPORT.AZ/ "ABŞ Ukrayna böhranının həllində maraqlı deyil, bundan əlavə, onlar Ermənistan, Qırğız Respublikası və Özbəkistanda növbəti "rəngli inqilablar" planlaşdırırlar. "Report" "PanArmenian"a istinadən xəbər verir ki, bu barədə öz rəsmi saytındakı məqalədə amerikalı politoloq və iqtisadçı Pol Kreyq Roberts yazıb. 

Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi Rusiyada siyasi sabitliyi pozmaq üçün ona təzyiqlərin gücləndirilməsindən ibarətdir: "Vaşinqton Minsk razılaşmalarını pozmaq üçün işlər görür, və  Rusiya sərhədinin bütün perimetri boyunca sabitliyi pozmaq üçün öz yüksək vəzifəli məmurlarını Ermənistan, Qırğız Respublikası və Özbəkistana göndərir".

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49