PKK Türkiyədə 4 fəhləni öldürdü

Türkiyənin cənub-şərq bölgəsində yerləşən Şırnak şəhərində terrorçu PKK-nın içində fəhlələr olan maşını partlatması nəticəsində 4 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, hadisə Şırnakın Silopi rayonunda avtomobil yolunda əldəqayırma qurğunun partladılması nəticəsində baş verib.

Qurğunun terrorçu PKK tərəfindən quraşdırıldığı vurğulanıb.

Digər xəbərlər