PKK terrorçuları Türkiyənin Ağrı vilayətinə hücum edib: 7 gözətçi şəhid olub, 6 nəfər yaralanıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ PKK terror təşkilatının silahlıları Türkiyənin Ağrı vilayətində gözətçilərə aid məntəqəyə hücum ediblər.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 21:00 radələrində baş verib. 

Təhlükəsizlik qüvvələrinin terrorçulara qarşılıq verməsi baş verən atışmada 7 gözətçi öldürülüb, 5 əsgər və 1 gözətçi yaralanıb. 

Yaralılar xəstəxanalara yerləşdirilib. Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49