Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Əfqanıstanın paytaxtı Kabildə, Rusiya səfirliyinin yaxınlığında baş verən partlayışa münasibət bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə danışıb.
“Biz bu hadisəni pisləyirik. Əlbəttə, söhbət terror aktından gedir”, - D.Peskov söyləyib.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi partlayış nəticəsində səfirliyinin 2 əməkdaşının öldüyünü açıqlamışdı.