Pentaqon başçısı: "Ukraynaya lazım olan qədər hərbi avadanlıq verəcəyik"

“ABŞ Ukraynaya müdafiə məqsədilə nə qədər tələb olunsa, o qədər hərbi avadanlıq verəcək”.

“Report” xarici KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Latviyaya səfərində bildirib.

Məlumata görə, iki gün əvvəl Pentaqon bildirmişdi ki, məsələn, HIMARS (ing. “High Mobility Artillery Rocket System” - Yüksək Mobilli Raket-Artilleriya Sistemi) reaktiv yaylım atəş sistemlərinin Ukraynanın artıq ehtiyacı yoxdur: “Ona görə də bu qurğudan onlara hələ verilməyəcək”.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24