2021-ci ildə Gürcüstanda terror təşkilatlarına üzvlüklə bağlı araşdırmalara başlanılıb və nəticədə 5 vətəndaş azadlıqdan məhrum edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2021-ci il üzrə hesabatında bildirilib.
Sənədə əsasən, həmin şəxslər Yaxın Şərqə yollanıb terror təşkilatı sıralarında döyüşmək niyyətində olublar.
DTX-nin vaxtında həyata keçirdiyi tədbirlər nəticəsində cinayət niyyətinin həyata keçirilməsinin qarşısı alınıb.