“Hər gün Rusiya Silahlı Qüvvələrinin bir batalyonu Baxmutda məhv edilir”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov deyib.
Onun sözlərinə görə, indiyədək Baxmutda Rusiya ordusunun 70 minə qədər hərbçisi öldürülüb və ya yaralanıb.
Qeyd edək ki, 8 aydan çoxdur Baxmutda gərgin döyüşlər gedir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri daha əvvəl Baxmutda əks-hücum əməliyyatlarına başlanıldığını açıqlamışdı.