Ermənistanda gələn ay ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək

Oktyabrın 1-dən dekabrın 8-dək Ermənistanda ehtiyatda olan hərbçilər təlim toplanışına çağırılacaqlar.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə qərar hökumətin iclasında təsdiq edilib.

Məlumata görə, bu, ehtiyatda olan hərbçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün edilib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24