​"Normand dördlüyü"nün sammiti Parisdə keçirilə bilər

Bakı. 25 avqust. REPORT.AZ/ "Normand dördlüyü" (Almaniya, Fransa, Ukrayna və Rusiya) liderlərinin zirvə toplantısı yaxın zamanlarda Parisdə keçirilə bilər. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland bildirib.

"Minsk razılaşmasının gerçəkləşdirilməsi sürətləndirilməlidir. Biz bunu Almaniyanın kansleri Angela Merkellə müzakirə etdik", - o vurğulayıb.

F.Olland məsələ ilə bağlı həm Almaniya kansleri Angela Merkel, həm də Rusiya prezidenti Vladimir Putinlə davamlı təmasları dəstəklədiyini də deyib.

Qeyd edək ki, Ukraynanın şərqindəki vəziyyətlə bağlı Normand formatı 2014-cü ilin iyunundan mövcuddur. Bu, II Dünya müharibəsində müttəfiq qoşunlarının Normandiyaya çıxarılmasının 70 illiyinə həsr olunan tədbirdə yaradılıb. Həmin mərasimdə Almaniya, Fransa, Ukrayna və Rusiya liderləri iştirak edib. 

Digər xəbərlər