Nişapurda 13 nəfər spirtli içkidən zəhərlənib, onlardan biri ölüb

İranın şimal-şərqindəki Nişapur şəhərində spirtli içkidən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

"Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, spirtli içki qəbul edən 13 nəfər xəstəxanaya yerləşdirilib. Onlarda vəziyyəti ağır olan yeddi nəfər homodializ aparatına qoşulub. Həkimlərin səylərinə baxmayaraq, bir nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50