Türkiyədə keçən illərə nisbətən meşə yanğınları artıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı NTV-nin efirində deyib.
O bildirib ki, həmçinin meşədən kənar ərazilərdə baş verən yanğınların da sayı artıb: “Yanğınların böyük əksəriyyəti insan faktoru ilə bağlıdır”.
Nazirin sözlərinə görə, bu il ölkədə 1517 meşə yanğını qeydə alınıb: “Yanğınların baş verməsinə mane olmaq lazımdır. Bunun üçün 25 min xidməti işçimiz, 120 min könüllümüz var”.