“Hataydakı su hazırda içmək üçün əlverişli deyil”.
“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca tviterdə yazıb.
Onun sözlərinə görə, bu su yalnız gündəlik istifadə üçün məqsədəuyğundur: “Bəzi ərazilərə bələdiyyələr maşınlarla su daşıyır. Bu suyun da keyfiyyətinin yoxlanılması istiqamətində işlər davam edir”.
Qeyd edək ki, dünən Hatayda 6,4 maqnitudalı zəlzələ olub. Hadisə nəticəsində 6 nəfər ölüb.