Gürcüstanın iqtisadiyyat naziri: “İlk mərhələdə region ölkələrindən turistlər gözləyirik”

"Gürcüstan ilk mərhələdə region ölkələrindən turistlər gözləyir".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat naziri Natia Turnava brifinq zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan yaxın gələcəkdə avropalı turistləri ölkəyə cəlb etmək üçün bütün imkanlardan istifadə edəcək.

N.Turnava ənənəvi istiqamətlər üzrə uçuşların bərpasının asan olacağını deyib: “Avropa İttifaqı və Yaxın Şərq ölkələrindən daha çox turist cəlb etmək üçün danışıqlar aparılır”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən xarici turistləri qəbul etməyə hazırlaşır.

Digər xəbərlər