İrandakı zəlzələ Naxçıvanda hiss olunub

İrandakı zəlzələ Naxçıvanda hiss olunub.

Bu barədə “Report”a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yerli vaxtla saat 18:43-də Ordubad stansiyasından 68 km cənub-qərbdə İranın Xoy şəhərində maqnitudası 4.4 olan zəlzələ qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 8 km-dir.

Zəlzələ Naxçıvan MR-də 3 bala qədər hiss olunub.

Digər xəbərlər

İranda işıq problemi olmayacaq 23 mart, 2026 / 04:12