NATO ilə Ukrayna Təhlükəsizlik Xidməti arasında razılaşma imzalanıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ilə NATO arasında gizli informasiyalara məhdud girişin mühafizəsi haqqında razılaşma imzalanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sənəd NATO-nun təhlükəsizlik idarəsinin direktoru Todd Braunun Ukraynaya səfəri zamanı imzalanıb. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49