NATO Baş katibi dünya ölkələrini Ukraynaya əlavə hərbi yardım göstərməyə çağırıb

NATO-nun Baş katibi Yens Stoltenberq dünya ölkələrinə çağırış edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Norveçdə keçilən biznes konfranda danışıb.

Y.Stoltenberq söyləyib ki, Ukraynaya əlavə hərbi yardım göstərilməlidir: “Sülhə gedən yol silahdan keçir”.

Qeyd edək ki, Alyansın Baş katibi daha əvvəl bildirmişdi ki, Ukraynaya silah tədarükünün artırılması nəticəsində müharibəyə son qoymaq olar.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50