NASA Türkiyədəki meşə yanğınlarının fəzadan çəkilmiş şəklini yayıb

Bakı. 5 iyul. REPORT.AZ/ NASA Türkiyədəki meşə yanğınlarının peyk vasitəsi ilə fəzadan çəkilmiş şəklini yayıb.

"Report" xəbər verir ki, foto NASA-nın rəsmi saytının meşə yanğınlarına aid bölməsinə yerləşdirilib.

Texnika tüstü buludunu Aralıq dənizinin Türkiyə sahillərində, meşə yanğınlarının baş verdiyi Mersin əyalətində qeydə alıb. Yanğın iyulun 1-də başlayıb. O, güclü külək səbəbindən sürətlə yayılıb. İki gün sonra yanğınsöndürənlər alovun qarşısını ala biliblər.

İlkin məlumata görə, alov 200 hektar sahəni əhatə edib.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50