Müdafiə Nazirliyi: Rusiya təyyarələrinin ilk hissəsi Suriyadan ayrılıb

Bakı. 15 mart. REPORT.AZ/ Suriyanın Xmeymim aviabazasındakı Rusiya təyyarələrinin ilk hissəsi adıçəkilən ölkədən Rusiya ərazisindəki daimi yerləşmə bazalarına qayıtmaq üçün havaya qalxıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Birinci qrupun tərkibinə TU-154 təyyarələri və SU-34 bombardmançıları daxildir.

Xatırladaq ki, bazar ertəsi Rusiya prezidenti Vladimir Putinin müdafiə nazirinə Suriyadakı rusiyalı hərbçi qrupunu çıxarmağı göstəriş verib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49