MSK Ermənistanda parlament seçkilərinin dekabrın 9-da keçiriləcəyi xəbərini təkzib edib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) Respublikaçılar Partiyasından (ERP) olan deputatı Armen Aşotyanın növbədənkənar parlament seçkilərinin bu il dekabrın 9-da keçiriləcəyi barədə məlumatını təsdiqləməyib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, ERP sədr müavini A.Aşotyan bu gün parlamentin iclasında “Avropanın müxtəlif ölkələrindəki səfirliklər vasitəsilə növbədənkənar seçkilərin dekabrln 9-da olacağı və həmin tarixdə müşahidə missiyalarının hazırlandığı barədə məlumatı olduğunu bildirib. 

MSK-nın mətbuat katibi Ermine Harutyunyan isə seçkilərin rəsmən hələlik təyin olunmadığını deyib.

Ermənistan Konstitusiyasına görə, baş nazirin istefasından sonra parlament iki iclasda yeni höklumət başçısını seçmədiyi halda buraxıla bilər.

Digər xəbərlər