Mövlud Çavuşoğlu yenidən koronavirusa yoluxub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ikinci dəfə koronavirusa yoluxub.

“Report” xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

“Qazaxıstanda verdiyim COVID-19 testi pozitiv çıxdı. Ona görə də qardaşım, həmkarım Muxtar Tileberdi ilə onlayn formatda müzakirə apardıq. Türkiyə və türk dövlətlərinin Qazaxıstana dəstəyini ifadə etdik”, - deyə o qeyd edib.

Digər xəbərlər