Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 31-də Bəhreynin paytaxtı Manamada Kudaybiye sarayında vəliəhd şahzadə Salman bin Hamed bin İsa əl-Xəlifə ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.