​Moskvanın şimal-qərbində karantin elan edilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Moskva hökumətinin başçısı Sergey Sobyanin ev heyvanları arasında quduzluğun aşkar olunması ilə bağlı şəhərin şimal-qərbində karantin elan edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu rejim fevralın 18-dək tətbiq olunacaq.

Hazırda bu ərazidə it və pişik sərgisi keçirmək, ev heyvanlarını satmaq, vəhşi heyvanları ovlamaq, eləcə də həmin bölgədən heyvanları kənara çıxarmaq qadağandır.

Digər xəbərlər

İlber Ortaylı vəfat edib 13 mart, 2026 / 16:49