Moskvada yaşayış binasında partlayış olub

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində, Kaçalınsk küçəsində yaşayış binasında partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı yerli təcili yardım xidməti yayıb.

Bildirilib ki, binanın 8-ci mərtəbəsində partlayış olub, yanğın müşahidə edilməyib.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və Moskva qaz istismarı idarəsindən briqada cəlb edilib.

Araşdrıma aparılır.

Digər xəbərlər

Qaziantepdə zəlzələ olub 25 yanvar, 2026 / 22:03
İranda 2 İŞİD üzvü edam edilib 24 yanvar, 2026 / 10:43