Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı 1 358 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, son gündə paytaxtda COVID-19-dan 70-ə yaxın şəxs ölüb.
"Moskvada pnevmaniya diaqnozunun qoyulduğu və koronavirus testinin müsbət nəticə verdiyi 68 pasiyent vəfat etdi", - xəbərdə deyilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.