​Moskvada qafqazlılar arasında atışma baş verib

Bakı. 1 mart. REPORT.AZ/ Moskvanın şərqindəki restoranlardan biri qarşısında Qafqaz respublikalarından olan iki qrup arasında silahlı insident baş verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

"Ötən gün gecə saatlarında "02" xidmətinə Sirenevıy bulvar, 25 ünvanında yerləşən "Li-Lu" restoranı yaxınlığında, atəş səslərinin eşidildiyi barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları müəyyən ediblər ki, restoranda zahirən qafqazlıları xatırladan təqribən səkkiz nəfərdən ibarət iki qrup arasında mübahisə düşüb", — deyə mənbə bildirib.

Atışma nəticəsində 22 yaşlı əsgər ölüb, onun Çeçenistandan olan 24 yaşlı dostu isə yaralanıb.

Cinayətkarlar qara rəngli avtomobil ilə hadisə yerindən uzaqlaşıblar.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 15 noyabr, 2026 / 07:09