Moskvada yataqxanadakı yanğın söndürülüb, 15 nəfər xilas edilib - YENİLƏNİB

Rusiyanın paytaxtı Moskvanın şimal-qərbində yerləşən yataqxanada baş verən yanğın söndürülüb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, yanğının söndürülməsi zamanı 15 nəfər xilas edilib, qalanları isə yataqxananı özləri tərk ediblər.

21:29

Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində, Yaroslavskaya küçəsində yerləşən yataqxanada içərisində insanların olduğu hostel yanır.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Binanın bir tərəfində açıq yanma var, insanlar nərdivanların köməyi ilə təxliyə olunur.

Artıq 300-dən çox insan təxliyə edilib. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Digər xəbərlər