Moskvada bir neçə ticarət mərkəzi bomba xəbərdarlığı ilə boşaldılıb

Rusiyanın paytaxtı Moskvanın şimalında yerləşən “Reçnoy” ticarət mərkəzi də daxil olmaqla, bir neçə iaşə obyekti bomba xəbərdarlığı ilə bağlı boşaldılıb.

"Report"un məlumatına görə, bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.

Bir neçə ticarət mərkəzinin işçiləri və ziyarətçiləri təxliyə edilib.

Məlumat yoxlanılır. Mütəxəssislər ərazidə iş aparır.

Digər xəbərlər

Abbas Əraqçi Omana gedib 25 aprel, 2026 / 21:20