Məhkəmə Telman İsmayılovun müflis elan olunması ilə bağlı işə baxılmasını təxirə salıb

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün Moskva vilayətinin Arbitraj məhkəməsi "AST"  qrupunun təsisçisi, iş adamı Telman İsmayılovun şəxsi müflisliyi haqqında işin baxılmasını təxirə salıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

"Məhkəmə işin avqustun 4-nə təxirə salınması haqqında tərəflərin vəsatətini mümkün hesab edir", - hakim qeyd edib. 

Beləliklə, məhkəmə "AST" qrupunun təsisçisinin nümayəndəsinin xahişini təmin edib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49