Moskva Dövlət Texniki Universitetinin müəllimi dövlətə xəyanətdə ittiham olunub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bauman adına Moskva Dövlət Texniki Universitetinin müəllimi, Maşınqayırma İnstitutunun Elmi Tədqiqat Mərkəzinin əməkdaşı Vladimir Lapıgin 7 il azadlıqdan məhrum edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, 76 yaşlı universitet müəllimi dövlətə xəyanətdə ittiham olunub.

Məlumata görə, o, Moskva şəhər məhkəməsinin qərarı ilə cəzasını ciddi rejimli həbsxanada çəkəcək. 

Qeyd edək ki, V.Lapıgin 2015-ci ilin may ayından ev dustaqlığında olub. O, "Roskosmos"un (Rusiya Kosmik Tədqiqatlar Mərkəzi) şirkətlərindən birində işlədiyi dövrdə Asiya dövlətlərindən birinə gizli informasiyalar ötürüb. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24