Monteneqronun Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın ölkəsindəki diplomatını “arzuedilməz şəxs” (“persona-non-qrata”) elan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Montenerqo XİN-in mətbuat xidməti yayıb.
Bildirilib ki, Xarici İşlər Nazirliyi Rusiyanın Monteneqroda akkreditasiya olunan diplomatını “persona-non-qrata” elan edib. Notaya əsasən, rusiyalı diplomat 72 saat ərzində Monteneqro ərazisini tərk etməlidir.