Moldova-Ukrayna sərhədindəki keçid məntəqəsinin fəaliyyəti müvəqqəti dayandırılıb

Moldova-Ukrayna sərhədində, Bolqrad şəhəri yaxınlığındakı “Mirnoe-Tabaki” keçid məntəqəsinin fəaliyyəti texniki səbəblərə görə dayandırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova sərhəd polisi məlumat yayıb.

Buna səbəb keçid məntəqəsinin Ukrayna hissəsində əvvəlcədən planlaşdırılan texniki işlərlə əlaqədar elektrik enerjisinin kəsilməsidir. Nəqliyyat vasitələri digər keçid məntəqlərinə yönləndirilir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49