Mixaylo Podolyak: "Ukraynaya daha 10-12 "Patriot" kompleksi lazımdır"

“Ukraynaya bütün ölkəni əhatə edə bilmək üçün 10-12 “Patriot” sistemi və ya oxşar hava hücumundan müdafiə sistemi lazımdır”.

“Report”un Şərqi Avropa bürsou xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak “The Guardian”a müsahibəsində bildirib.

O qeyd edib ki, Odessaya son zərbələr əlavə hava hücumundan müdafiə sistemlərinin verilməsinin vacibliyini göstərdi.

“The Guardian” yazır ki, hazırda Kiyevdə biri ABŞ-dan, digəri Almaniyadan olan iki “Patriot” sistemi var. Ukrayna ordusunun sərəncamında “Patriot”la yanaşı, IRIS-T, NASAMS, SAMP/T-Mamba və HAWK hava hücumundan müdafiə sistemləri var.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49