Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 26-28 yanvar tarixlərində Strasburqda işgüzar səfərdə olacaq.
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində ölkənin Avropa Şurasına üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbirlər planlaşdırılır.
Yanvarın 28-də A.Mirzoyan Avropa Şurası Parlament Assambleyasının iclasında çıxış edəcək.
Bundan başqa, səfər proqramına rəsmi şəxslərlə ikitərəfli görüşlər daxildir.