Minskdə MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının yığıncağı keçiriləcək

Bakı. 31 avqust. REPORT.AZ/ Minskdə MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının yığıncağı keçiriləcək.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, tədbir sentyabrın 2-də baş tutacaq.

Yığıncaqda MDB-yə üzv ölkələrin hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığı, o cümlədən kibercinayətkarlığa qarşı mübarizə, avtonəqliyyat vasitələrinin oğurluğu kimi məsələlər də müzakirə ediləcək.

Tədbirdə Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49