2021-ci ildə Sadettin Saranla sevgi münasibətim olub, sonra dost qaldıq.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu aktrisa və teleaparıcı Ela Rumeysa Cebeci polisə verdiyi ifadəsində deyib.
Narkotik istifadəsinə gəldikdə isə, teleaparıcı bəzi etiraflar edib:
"Əvvəllər narkotik istifadə etmədiyimi demişdim. Sonra öz istəyimlə həqiqətləri ortaya çıxarmaq üçün ifadə verdim. Mən heç vaxt heç kimə narkotik satmadım. Mən keçmişdə narkotik istifadə etmişəm, amma bu, kokain və digər kimyəvi maddələr olmayıb".
O, marixuana istifadəsinin cinayət olduğunu bilmədiyini vurğulayıb: "Xaricdə narkotikin leqal olduğunu bildiyim üçün belə bir səhvə yol verdim".