Məhkəmə Sünikin keçmiş qubernatorunun oğlu barəsində hökm çıxarıb

Ermənistanın Sünikin vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan 4 il 3 ay azadlıqdan məhrum edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu vəkil Vaaqn Keşişyan açıqlayıb.

Məlumata görə, 2024-cü il dekabrın sonunda o, həbsdən azad edilib. Onun barəsində həbs qərarı alternativ ehtiyat tədbiri ilə əvəz olunub.

Xaçatryan qanunsuz silah və sursat saxlamaqda, xuliqanlıqda və s. ittiham edilib. 2023-cü il iyunun 19-da avtomobil servislərindən birində mübahisə baş verib, atəş səsləri eşidilib. Atəş açan Xaçatryan, zərərçəkən isə avtomobil servisinin 46 yaşlı əməkdaşı Armen Baqdasaryan olub.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50