Ukrayna üçün birinci "Əsaslar" klasterinin açılmasına dair hökumətlərarası konfrans 2026-cı il iyunun 15-də Lüksemburqda keçiriləcək.
"Report"un məlumatına görə, bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Kiyevdə jurnalistlərə bildirib.
Aİ-yə sədrlik edən Kipr Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük danışıqlarında birinci klasterin rəsmi açılmasına hazırlığa başladığını bildirib.
Avropa Şurasının saytında dərc olunmuş məlumata görə, Xarici İşlər Şurası iyunun 15-də Lüksemburqda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sədrliyi altında toplanacaq.