Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Tərəflər regional hadisələri, Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması mövzusunu müzakirə ediblər. Eyni zamanda sərhədin demarkasiyası prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.