Mahaçqalada beşmərtəbəli binada yanğın səbəbindən 60 nəfər təxliyə edilib

Mahaçqalada çoxmənzilli binada yanğın səbəbindən 50-dən çox insan təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə TASS-a Mahaçqala meriyasının mətbuat xidmətinin rəhbəri Hacımurad Sagitov bildirib.

"Yanğından sonra çoxmənzilli binadan 60 nəfər təxliyə edilib", - agentliyin müsahibi qeyd edib.

Daha əvvəl verilən məlumatda bildirilmişdi ki, ilkin versiyaya görə, Mahaçqalada beşmərtəbəli çoxmənzilli yaşayış binasının damı elektrik naqillərində qısaqapanma səbəbindən yanıb.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45