Lebedev: Ukraynanın MDB-dən çıxması təşkilatdan çox ölkənin özü üçün mənfi nəticələrə gətirəcək

Bakı. 14 noyabr. REPORT.AZ/ Ukraynanın MDB-dən çıxması haqqında bəyanatları onun Birlikdə iştirakına qarşı olan siyasətçilər verir. Bu barədə "Report"a Bakıda səfərdə olan MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Ukraynanın MDB-dən çıxması ilə bağlı bəyanatlara təşkilatın münasibəti haqqında sualı şərh edərkən bildirib. 

Onun sözlərinə görə, Ukraynanın rəsmi şəxsləri tərəfindən heç bir bəyanat verilməyib: "Buna görə də Ukrayna hazırda MDB-nin tərkibindədir və çox ümid edirəm ki, bu belə də qalacaq".

S.Lebedev, həmçinin Ukraynanın təşkilatdan çıxmasının MDB-yə necə təsir edə biləcəyi haqqında öz fikrini bildirib: "Mən inkar etməyəcəm ki, Ukrayna insan və iqtisadi potensialına görə MDB-nin mühüm tərkib hissəsidir, lakin MDB-nin yalnız bir üzvüdür. Mən hesab edirəm ki, Ukraynanın MDB-dən çıxması təşkilatdan çox ölkənin özü üçün mənfi nəticələrə gətirib çıxaracaq. MDB buna tab gətirəcək, lakin Ukrayna üçün bu çox ağır olacaq, və mən bunun baş verməsini istəmirəm".

Digər xəbərlər