Kubanda iki avtomobilin toqquşması nəticəsində dörd nəfər ölüb

Bakı. 5 avqust. REPORT.AZ/ Krasnodar - Kropotkin marşrutunun 33-cü kilometrində iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyatı hadisəsi baş verib. 

"Report" RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Belə ki, 2 "VAZ"  markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24