​Kreml: Putinin Ermənistandakı tədbirlərdə iştirakı, Ankaranın mənfi reaksiyası üçün səbəb ola bilməz

Bakı. 25 aprel. REPORT.AZ/ Kreml hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı keçirilən tədbirlərdə iştirak etməsi Türkiyə tərəfindən mənfi reaksiya üçün səbəb ola bilməz.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bəyanat verib.

"Biz hesab etmirik ki, prezidentin xatirə tədbirlərində iştirakı hansısa şəkildə Ankara tərəfindən mənfi şərh edilsin", - deyə Kreml nümayəndəsi Türkiyə Xarici İşlər Nazirliyinin Rusiya liderinin 1915-ci il hadisələri ilə bağlı söylədiklərini pisləyən bəyanatını şərh edərkən bildirib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49