Kobaxidze: Zurabişvilinin müxalifətə liderlik layihəsi iflasa uğradı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçmiş prezident Salome Zurabişvilinin radikal müxalifət daxilində liderlik təşəbbüsünü tam iflasa uğramış layihə adlandırıb.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, hökumət başçısı jurnalistlərə açıqlamasında bildirib ki, Zurabişvili ilə radikal müxalifət qüvvələri arasında daxili qarşıdurmanın yaranacağı əvvəlcədən proqnozlaşdırılırdı.

“Bu layihə uğursuzluğa məhkum idi və nəticə də gözlənildiyi kimi oldu. Aralarındakı münaqişə dərinləşəcək,” – deyə Kobaxidze vurğulayıb.

O qeyd edib ki, siyasi fiasko ilə nəticələnmiş bu cəhd Gürcüstanda radikal müxalifətin zəifliyini bir daha nümayiş etdirir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49