Kiyevdə Rusiyanın zərbələri nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
"Kiyevdə daha 3 meyit çıxarılıb. Həlak olanların sayı 30 nəfərə çatıb", – məlumatda bildirilib.
Daha əvvəl qeyd olunmuşdu ki, Kiyevə hücum nəticəsində azı 100 nəfər xəsarət alıb, 27 nəfər isə həlak olub.