KİV: "Paşinyan bəzi nazirləri dəyişmək niyyətindədir"

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətdə təmsil olunan bəzi nazirləri dəyişmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.

Məlumata görə, bu barədə qərar qəbul olunmadığından xəbəri gizli saxlamağa çalışılır.

"Bu, oktyabrda baş verilə bilər”, - qəzet yazıb.

Vəzifəsini itirə biləcək şəxslər arasında baş nazirin işindən narazı olduğu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan da var.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24