KİV: Donald Tramp Türkiyəyə gedəcək

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə "CNN Türk"ün Vaşinqton müxbiri Yunus Paksoy deyib.

O bildirib ki, Tramp Yaxın Şərq turnesi çərçivəsində Türkiyədə də olacaq.

Dəqiq tarix açıqlanmasa da, səfərin mayın əvvəlində baş tutacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı ilə yaxın zamanda görüşəcəyini söyləyib.

Digər xəbərlər

İranın neft naziri istefa verib 04 oktyabr, 2026 / 21:11
İran ABŞ-nin təklifinə cavab verib 04 oktyabr, 2026 / 12:33