Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin Baş naziri Binəli Yıldırımla İsrailin Baş naziri Binyamin Netanyahu İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadi Forum çərçivəsində görüşəcəklər.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu, iki ölkənin hökumət başçılarının 7 ildən sonra ilk görüşü olacaq.
Məlumata görə, forum bu il yanvarın 18-də başlayacaq.