​KİV: Rusiya səhvən Suriyada İran hərbçilərinin mövqeyini bombalayıb

Bakı. 13 may. REPORT.AZ/ Rusiya Hərbi Hava Qüvvələri səhvən Suriyanın Hələb şəhəri yaxınlığında yerləşən İrana məxsus silahlıların mövqeyini bombalayıb.

"Report" xəbər verir ki, bu haqda İranın "al-Alem" telekanalı məlumat yayıb.

Hava zərbələri nəticəsində ölən, xəsarət və dağıntılar barədə məlumat verilməyib.

Rəsmi mənbələr hadisəni şərh etməyib.

Digər xəbərlər