Kaxa Kaladze: "Seçki sistemi ilə bağlı mövzu bağlanıb"

“Mövzu bağlanıb. 2020-ci ildə seçkilər qarışıq sistem üzrə keçiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının baş katibi Kaxa Kaladze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, qarışıq seçki sistemi demokratik prinsiplərə tam uyğundur.

K.Kaladze qeyd edib ki, hakim komanda gələnilki seçkilərlə bağlı hər hansı bir yeni təşəbbüsü nəzərdən keçirməyəcək.

Baş katib deyib ki, seçki sistemi islahatı ilə bağlı plebisitin keçiriləcəyi istisna edilmir. O, ümumxalq səsvermənin 2020-ci il parlament və ya 2021-ci il yerli idarəetmə orqanlarına keçiriləcək seçkilər günü baş tuta biləcəyini bildirib. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24